Akira Kurosava

Akira Kurosava
yap. 黒澤明
yap. 黒沢明
Doğum tarixi 23 mart 1910(1910-03-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 sentyabr 1998(1998-09-06)[1][2][…] (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, film prodüseri, ssenarist, montajçı[d], yazıçı, rejissor, prodüser, rəssam
Fəaliyyət illəri 1936–1993
Boyu 182 sm
Üzvlüyü
Mükafatları "Xalqlar dostluğu" ordeni "İncəsənət və Ədəbiyyat" ordeni "Fəxri legion" ordeni kavaleri "Mədəniyyət" ordeni "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı Grand Officer of the Order of Merit of the Italian Republic
Qızıl Şir "Oskar" mükafatı "Sezar" mükafatı
IMDb ID0000041
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akira Kurosava (yap. 黒澤明; 23 mart 1910[1][2][…], Şinaqava, Yaponiya imperiyası[3]6 sentyabr 1998[1][2][…], Setaqaya) – Yaponiya film rejissoru və ssenaristi. 57 illik karyerası ərzində 30 filmə rejissorluq etmişdir. Kinematoqrafiya tarixində ən əhəmiyyətli və nüfuzlu rejissorlardan biri kimi qəbul edilir.

Kurosava Yaponiya film sənayesinə 1936-cı ildə qısa davam edən rəssamlıq fəaliyyətindən sonra daxil olmuşdur. Bir çox filmdə köməkçi rejissor və ssenarist kimi rol oynadıqdan sonra rejissorluq debütünü İkinci dünya müharibəsi zamanı populyar döyüş filmi olan "Sanşiro Suqata" ilə etmişdir. Müharibədən sonra o dövrün elə də tanınmayan aktyoru Toşiro Mifunenin baş rol oynadığı və böyük uğur qazanan "Sərxoş mələk" filmi rejissora Yaponiyada böyük reputasiya gətirmişdir. Kurosava Mifune ilə daha 15 filmdə birlikdə işləmişdir.

Premyerası Tokioda baş tutan "Raşomon" filmi 1951-ci il Venesiya Film Festivalında Qızıl şir mükafatının sürpriz qalibi olmuşdur. Filmin kommersial və tənqidi uğuru ilk dəfə Qərb film marketlərinə Yaponiya film sənayesinin məhsullarına yönəltmiş və digər Yaponiya rejissorlarının da tanınmasına səbəb olmuşdur. Kurosava 1950 və 1960-cı illərdə demək olar ki, hər il bir film çəkmişdir. Həmin filmlər arasında "Yaşamaq" (1952), "Yeddi samuray" (1954) və "Cangüdən" (1961) kimi reputasiyalı filmlər də olmuşdur. 1960-cı illərdən sonra məşhurluğu azalmağa başlasa da, "Kölgə döyüşçüsü" (1980) və "Xaos" (1985) kimi işləri xarici ölkələrdə mükafat qazanmağa davam etmişdir.

Kurosava 1990-cı ildə Akademiyanın Xüsusi mükafatına layiq görülmüşdür. Ölümündən sonra AsianWeek jurnalı və CNN tərəfindən "İncəsənət, Ədəbiyyat və Mədəniyyət" kateqoriyasında "Əsrin asiyalısı" seçilmiş və XX əsrdə Asiyanın inkişafına töhfə vermiş 5 ən vacib şəxsdən biri kimi göstərilmişdir. Karyerası bir çox retroprestiv, tənqidi araşdırma və bioqrafiyalarla yad edilmişdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Sato T. Kurosawa Akira // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Carnegie Hall linked open data (ing.). 2017.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy